AzKurs haqqında

21-ci əsr, rəqəmsal dünyanın sakinləri olaraq, texnologiyanın gündəlik həyatımızı necə dəyişməsini hiss edirik. Videolar, oyunlar, internet resursları, təhsil tətbiqetmələri, ağıllı lövhələr, robotlar və s. ilə texnologiyanın şübhəsiz ki ən çox təsir göstərdiyi və dəyişdirdiyi sahələrdən biri də təhsil sahəsidir.

Müasir dövrdə texnologiyanın inkişafı, təhsil  sisteminə  də öz təsirini göstərir. Bunun nəticəsidir ki, müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.

Onlayn təhsil platforması təlimçi-öyrənci arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Bu növ təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir.

AzKurs.az komandası olaraq təhsilin keyfiyyətinə, müasir texnoloji yeniliklərdən düzgün istifadə  olunmasına önəm verən tədris  müəssisələrinə və fərdlərə yüksək keyfiyyətli xidmət göstərmək üçün yola çıxmışıq.

Azkurs.az peşəkar təlim platforması layihəsinə 2020-ci ilin əvvəllərində Azərbaycanda onlayn təlim sistemi yaradılması məqsədilə start verilib və hər zaman xidmətlərində fərqlilik yardan peşəkar təlim platforması olmaqdadır.

Bu hələ başlanğıcdır!

Azkurs.az təşkilatı, Azərbaycandakı hər bir şəxsə, yaşından, statusundan, asılı olmayaraq öyrənmək istəyənlərə onlayn şəkildə tədris verən bir platformadır. Təlimçi olaraq siz də AzKurs.az da dərs verərək həm bilginizlə öyrənənlərin yollarına işıq tutun həmdə dəyərli bilginizi nağda çevirin.

Bizi xüsusi edən nədir?

Digər onlayn təhsil platformalarında olan zaman, vaxt məhdudiyyətini unudun! Biz sizin gələcəyiniz üçün digər beynəlxalq platformalardakı əsas problem olan zaman problemini aradan qaldırmışıq. Nəzərə alsaq ki, bir mövzunun mənimsənilməsi üçün, xüsusən onlayn mühitdə, 1 saat və ya 45 dəqiqə çox az bir vaxtdır, bizim platforma bu sahədə sizin köməyinizə çatacaq.

Əgər siz təlimçisinizsə biz sizi tanıdaraq biliyinizi maraqlı kütləyə çatdırılmasına kömək edəcəyik!

Onlayn iclaslarınızı, vebinarlarınızı vaxt məhdudiyəti olmadan həyata keçirirsiniz!

Sistemimizin dizaynı istifadəçilərimizin rahatlığı və tədris keyfiyyətinin yüksəldilməsi əsas götürülərək tərtib edilmişdir və aşağıdakı imkanlara malikdir:

·        Çox istifadəçili lövhə

·        Fasilə otağı

·        Söhbət (özəl və ümumi)

·        Səsvermələr tərtib etmək

·        Ümumi qeydlər götürmə imkanı

·        Emojilərdən istifadə

·        Qiymətləndirmə

·        Tələbə və Müəllimlər haqqda geridönüş

·        Qrup çalışmaları

·        Test keçirmək imkanı

·        Hərkəsə görünən lövhə

·        Tapşırıqların icrası və s.


MİSSİYAMIZ

·        Dünyanın ən müasir texnologiyalarını, rəqəmsal həllərini və qabaqcıl təcrübəsini ölkəmizdə təhsil sahəsində fəaliyyət göstərən müəssisələrə və şəxslərə əlçatan etməkdir.

·        21-ci əsr bacarıqlarına yiyələnmiş gələcək nəsillərin yetişməsinə töhfə vermək.

·        Şagirdlərdə informasiya və kommunikasiya texnologiyaları sahəsinə maraq yaratmaq.

·        Yaşından və statusundan asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti verməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə vermək.

 

Sizi AzKurs.az platformasından istifadə etməyə dəvət edirik.

 

Bizim Əlaqə:

Instagram: instagram.com/AzKursAz

Telegram: t.me/AzKursAz

Facebook: facebook.com/AzKursAz

Mobile: +994-50-7939501

Website: www.AzKurs.Az

Email: AzKursAz@gmail.com


Last modified: Thursday, 20 May 2021, 5:23 PM