Sistemimiz LMS (Learning Manager System) üzərində qurulmuşdur.

Ekranın sağ üst hissəsində yer alan DAXIL OL qisminə giriş edərək qeydiyyatdan keçəcəyik. Qeydiyyatdan keçmək üçün mütləq doldurulmalı xanaları, mailinizi, ad soyadınızı və parolu doldurmalısınız. Parol seçərkən ən azı 8 elementli olmaqla,  şifrənin ilk hərfi böyük,  bir ədəd işarə və rəqəm qoyulmalıdır. Məs: Muellim@2021

Siz tədris edəcəyinizin kursun məlumatlarını saytın idarəçilərinə bildirib, lazım olan məlumatları onlara göndərirsiniz. Və idarəçilər tərəfindən verilən suallara cavab verirsiniz.

Kurs yaradarkən sizdən istənəcək məlumatlar:
- Kursun tam adı
- Kursun kateqoriyası
- Kursun başlanma tarixi
- Kursun bitmə tarixi
- Kursun təsviri (mətn, video və ya səs yazısı ilə kurs haqda qısa məlumat)
- Kurs zamanı istifadə edəcəyiniz fayllar, slaydlar və  kursun mündəricatı (sonradan da əlavə edə bilərsiniz)

Kurs yaradarkən sizdən soruşulacaq suallar:
- Kursun formatı – seminar, dərs və s.
- Hansı dildə tədris olunacaq ?
- Tələbələr üçün qiymət jurnalını əlavə edilsin mi ?
- Fəaliyyət haqqında hesabatı göstərilsinmi ? (kursun fəaliyyət və statiskası)
- Yüklənəcək faylın maksimal ölçüsü
- Dərs zamanı sizin və ya tələbələrin record (dərsi qeydə alanma) ixtiyarı varmi ?
- Kursunuz zamanı hər hansı bir tələbəyə rol vermək istəyirsinizmi ? (menecer, asistent və s.)
- Kursun parolu və s.

Adminlər kursunuzu qeydiyyata aldıqdan sonra MƏNİM ƏSAS SƏHİFƏM bölməsində siz öz  kurslarınıza baxa bilər, keçiriləcək tarixləri və kurslar haqqında ətraflı məlumat əlda edə, onları dəyişə bilərsiniz. Kursu başlatmaq üçün kursun keçirələcəyi zamanda kursa klikləyib JOİN SESSİON bölməsindən kursa bir başa daxil ola bilərsiniz.

Kursa daxil olduqdan sonra  iştirakçıların və lövhənin olduğu ekran sizi qarşılayacaq. Ekranın aşağı hissəsində yerləşən tənzimləmələr bölməsindən videonu (görüntünüzü), səsinizi və digər bölmələri (Slayd əlavə etmək, test yaratmaq və s.) görəcəksiniz.

Kurs bitdikdən sonra alətlər dərs zamanı verilən qiymətlərlə GRADES bölümündə (əgər varsa) tanış ola bilərsiniz.

Bundan əlavə siz öz məlumatlarınızı sağ yuxarı küncdə olan alətlər panelindən SAZLAMA PARAMETRLƏRİ - nə daxil olaraq dəyişə və ya yeniləyə bilərsiniz.

Aletlər panelindən solda yerləşən MESSAGİNG  bölməsində sizə gələn mesajlar və kontaktlarınızla (əgər varsa) tanış ola bilərsiniz.

NOTİFİCATİON  bölməsindən gələn bildirişləri görə, LANGUAGE  bölməsindən saytın dilini dəyişə bilərsiniz.

Soldakı alətlər panelində MƏNİM ƏSAS SƏHİFƏM bölməsində sizin keçirdiyiniz və keçirələcək kurslar əks olunur.

BAŞ SƏHİFƏ saytımızın ana səhifəsi, TƏQVİM bölümündə kursların və tarixin təqvimi, PRİVATE FİLES bölməsində sizin əlavə etdiyiniz fayllar, MƏNİM KURSLARIM bölməsində isə kurslarınız əks olunmuşdur.

Hər hansı bir sualınız və ya çətinliyiniz yaranarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin.


AzKurs.Az –dakı fəaliyyətinizdə sizə uğurlar arzu edirik.

Bizim Əlaqə:

Instagram: instagram.com/AzKursAz

Telegram: t.me/AzKursAz

Facebook: facebook.com/AzKursAz

Mobile: +994-50-7939501

Website: www.AzKurs.Az

Email: AzKursAz@gmail.com


Last modified: Thursday, 20 May 2021, 5:25 PM