Sistemimiz LMS (Learning Manager System) üzərində qurulmuşdur.

1. Ekranın sağ üst hissəsində yer alan DAXIL OL qisminə giriş edərək qeydiyyatdan keçəcəyik. Qeydiyyatdan keçmək üçün mütləq doldurulmalı xanaları, mailinizi, ad soyadınızı və parolu doldurmalısınız. Parol seçərkən ən azı 8 elementli olmaqla,  şifrənin ilk hərfi böyük,  bir ədəd işarə və rəqəm qoyulmalıdır. Məs:
Telebe@2021

2. Sistemimizə giriş etdikdə ekranın sol küncündə olan alətlər paneli sizi qarşılayacaq. Alətlər panelində yerləşən BAŞ SƏHİFƏ – dən siz yazılmaq istədiyiniz kursu seçirsiniz.

3. Kursun sağ aşağı küncündəki  ACCESS düyməsinə klik olaraq kursa yazılmaq barədə istəyinizi kurs yaradıcılarınıza bildirirsiniz. Kurs yaradıcıları qeydiyyatınızı təsdiqlədikdən sonra MƏNİM ƏSAS SƏHİFƏM bölməsində siz öz  kurslarınıza baxa bilər, keçiriləcək tarixləri və kurslar haqqında ətraflı məlumat əlda edə bilərsiniz.

4.  Kursa qoşulmaq üçün kursun keçirələcəyi zamanda kursa klikləyib JOİN SESSİON bölməsindən kursa bir başa daxil ola bilərsiniz.

Kursa daxil olduqdan sonra  iştirakçıların, müəllimin və lövhənin olduğu ekran sizi qarşılayacaq. Ekranın aşağı hissəsində yerləşən tənzimləmələr bölməsindən videonu (görüntünüzü), səsinizi və müəllimin kurs yaradarkən icazə verdiyi digər bölmələri (Slayd əlavə etmək və s.) görəcəksiniz.

Kurs bitdikdən sonra alətlər dərs zamanı sizə verilən qiymətlərlə GRADES bölümündə (əgər varsa) tanış ola bilərsiniz.

Bundan əlavə siz öz məlumatlarınızı sağ yuxarı küncdə olan alətlər panelindən SAZLAMA PARAMETRLƏRİ - nə daxil olaraq dəyişə və ya yeniləyə bilərsiniz.

Aletlər panelindən solda yerləşən MESSAGİNG  bölməsində sizə gələn mesajlar və kontaktlarınızla (əgər varsa) tanış ola bilərsiniz.

NOTİFİCATİON  bölməsindən gələn bildirişləri görə, LANGUAGE  bölməsindən saytın dilini dəyişə bilərsiniz.

Soldakı alətlər panelində MƏNİM ƏSAS SƏHİFƏM bölməsində sizin keçirdiyiniz və keçirələcək kurslar əks olunur.

BAŞ SƏHİFƏ saytımızın ana səhifəsi, TƏQVİM bölümündə kursların və tarixin təqvimi, PRİVATE FİLES bölməsində sizin əlavə etdiyiniz fayllar, MƏNİM KURSLARIM bölməsində isə kurslarınız əks olunmuşdur.

Hər hansı bir sualınız və ya çətinliyiniz yaranarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin.


AzKurs.Az –dakı fəaliyyətinizdə sizə uğurlar arzu edirik.

Bizim Əlaqə:

Instagram: instagram.com/AzKursAz

Telegram: t.me/AzKursAz

Facebook: facebook.com/AzKursAz

Mobile: +994-50-7939501

Website: www.AzKurs.Az

Email: AzKursAz@gmail.com


Last modified: Thursday, 20 May 2021, 5:26 PM